BAKI, 26 aprel. TELEQRAF
HƏMAS İsraillə beşillik atəşkəs imzalamağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
Bildirilir ki, hərəkat eyni zamanda Qəzza zolağında saxlanılan bütün israilli girovları fələstinli girovların müqabilində azad edə bilər.
Aprelin əvvəlində HƏMAS İsrailin 45 günlük atəşkəs və 10 girovun geri qaytarılmasını nəzərdə tutan təklifini rədd etmişdi.