AZ

“Müşərrəf Akayla dostuq, uzun illərdir bacı kimiyik”- FOTOLAR + VİDEO

Türk dünyasının məşhur siması, Azərbaycanın könül Dostu, möhtəşəm səsə sahib, billur səsli, bənzərsiz sənətkar Müşərrəf Akay 25 aprel tarixində Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Suraxanı rayonu Heydər Əliyev mərkəzinin, Yeni Azərbaycan Partiyasının  birgə təşkilatçılığı ilə həyata keçirilən "Qonağım var" layihəsi  çərçivəsində möhtəşəm bir konsert proqramı ilə çıxış etdi və izləyicilərlə unudulmaz bir görüş gerçəkləşdi.
 
Moderator.az-a açıqlama verən əməkdar artist Aybəniz Haşımova bu görüşün onun və tamaşaçıların yaddaşında silinməz izlər buraxdığını bildirib:
 
“Müşərrəf Akay Azərbaycana mənim şəxsi dəvətimlə gəlməyib. O hər zaman Azərbaycana gələndə mənə öncədən xəbər verirdi. “Qonağım var” layihəsində mən qonaq idim. Mənim də Türkiyədən qonağım gəlirdi. Dedim ki, mən Müşərrəf Akayı da dəvət edəcəm. Onlar da mənim bu təklifimə çox sevindilər. Müşərrəf xanımla biz uzun illərdir dostuq, bacı kimiyik. Mən onun Türkiyədə proqramında da olmuşdum. Bütün bunların hamısını dəyərli Etibar Babayev təşkil etmişdi. O Türkiyə və Azərbaycan arasında musiqi körpüsü yaratmışdı. İlk görüşümüz o zaman baş tutmuşdu. Onun bu görüşü musiqisevərlərin yaddaşında silinməz iz buraxdı. Tamaşaçılar Müşərrəf Akayın ifalarından böyük zövq aldılar və hər kəs üçün çox duyğulu, mənalı anlar yaşandı. Konsertdə bizim  Sənət Akademiyasının istedadlı gənc ifaçıları, beynəlxalq festival, müsabiqələr qalibləri  Milana Nəbiyeva, Xədicə Rəşidli, Nərmin Nərmalı, Davud Nəsirli, Hikmət Qasımov və Əhməd Məmmədov da çıxış etdilər. Onların biri-birindən gözəl ifaları böyük rəğbətlə qarşılandı, tamaşaçıları birdaha heyran ettdilər. Əzizimiz Müşərrəf Akay böyük alqış və sevgilərlə yola salındı”, - deyə o bildirib.
Seçilən
25
moderator.az

1Mənbələr