ABŞ-ın növbəti prezident administrasiyası Ukraynanı NATO-ya qəbul edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” yazıb.
Məlumata görə, Paris və Londonda keçirilən görüşlər zamanı amerikalı diplomatlar ukraynalı və avropalı həmkarlarına bildiriblər ki, ABŞ prezidenti Donald Trampdan sonrakı administrasiya Ukraynanın NATO-ya daxil olması məsələsini həll edə bilər.
Eyni zamanda amerikalı diplomatlar qeyd ediblər ki, Kiyevin Şimali Atlantika Alyansına qəbulu hərbi blokun bütün iştirakçılarının konsensusunu tələb edir. Bundan əlavə, Vaşinqtonun Moskvanın belə bir ssenari ilə razılaşacağına əmin olmadığı bildirilib.