UEFA-nın hakimlik üzrə idarəedici direktoru, italyan mütəxəssis Roberto Rozetti VAR-ın gələcəyi haqqında danışıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən Rozettinin müvafiq fikrini təqdim edir:
“Bizə, kommunikasiyaların düzgün tarazlığını tapmaq üçün düzgün mənada şəffaf olmaq gərəkdir – ayrıca hər bir qərarı göstərmək yox, amma maraqlı tərəflərə, hər bir vəziyyətin oxunması və başa düşülməsi üçün düzgün alətlər təqdim etmək gərəkdir.
Söhbət obyektiv və ya faktiki həllərdən gedəndə, texnologiya çox yaxşı işləyir: top meydandan çıxıb ya yox, oyundankənar vəziyyət varmı – burada hər şey mükəmməldir. Biz təfsirə gəldikdə isə bu, artıq çox çətindir – bu, tennis və ya volleybolda qarşılaşılmayan fəsaddır. Amma futbolda bir sıra halla mövcuddur ki, qaydalar müəyyən dərəcə çərçivəsində tətbiq edilir, bizim məqasədimiz isə bu dərəcəni ixtisar etməkdir”, deyə Rozetti vurğulayıb.
Xatırladaq ki, aprelin 23-ü və 24-də Portuqaliyanın paytaxtı Lissabonda UEFA-nın VAR üzrə ilk beynəlaxlaq müşavirəsi keçirilib.