"Barselona"nın hücumçusu Rafinya Səudiyyə Ərəbistanından sərfəli təklif alıb.
Offsideplus.az xəbər verir ki, lakin braziliyalı futbolçu bu təklifi qəbul etməyib:
"Səudiyyə Ərəbistanından sərfəli təklif aldım. Mənə çox yüksək məvacib təklif olunmuşdu.
Belə bir təklifi ötən il alsaydım, yəqinki qəbul edərdim. Onda bir az depressiyada idim. Bu müqavilə mənim ailəmin də həyatını tamamilə dəyişəcəkdi. Bunun əksini deyən şəxs yalan danışır.
Belə rəqəmləri görmək və onların tamamilə dəyişəcəyini düşünməmək mümkün deyil".