BAKI, 26 aprel. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Kursk vilayətini tam azad etməsi ilə bağlı bəyanatını təkzib edib.
Teleqraf xəbər verir ki, Baş Qərargah bunun həqiqətə uyğun olmadığını bildirib.
Açıqlamada deyilir ki, Rusiyanın ali komandanlığının nümayəndələrinin Rusiyanın Kursk vilayəti ərazisində hərbi əməliyyatların başa çatması ilə bağlı bəyanatları həqiqətə uyğun deyil.
“Ukrayna Müdafiə Qüvvələrinin Kursk vilayətinin müəyyən ərazilərində müdafiə əməliyyatı davam edir”, - Baş Qərargah vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Kurskun tam azad olunması barədə Prezident Vladimir Putinə məruzə edib.