Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi start götürüb.

Offsideplus.az xəbər verir ki, bu mərhələnin ilk oyununda "Sabah" Bakı İdman Sarayında "Şəki"ni qəbul edib. Rimas Kurtinaytisin komandası ilk qarşılaşmada rəqibi məğlubiyyətə uğradıb.

26 aprel, Yarımfinal

14:00 "Sabah" - "Şəki" 86:73 (20:14; 25:20; 23:19; 18:20)

Ümumi hesab: 1:0

Bakı İdman Sarayı