Fransanın "Strasburq" klubu baş məşqçisi Liem Rosenyor ilə müqavilə uzadacaq.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı mütəxəssislə yeni sözləşmə 2028-ci ilin yayına qədər olacaq.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Rosenyoru ötən ilin yayından Fransa klubunu çalışdırır. Onun komandası hazırda 51 xalla 7-ci yerdədir.
Gənc mütəxəssis Premyer Liqa klublarının marağına baxmayaraq "Strasburq"da qalmağa qərar verib.