AZ

Rekord təkrarlandı: İkiqat çempionluq

I Liqada çempion müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, “Qəbələ” MOİK üzərində 1:0 hesablı ev qələbəsi ilə sona 4 tur qalmış qızıl medallara sahib çıxıb.

Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda xallarını 58-ə çatdırıb. I Liqanın lideri 2-ci pilləni 14 xal qabaqladığı üçün 1-ci yeri təmin edib.

Bu, “qırmızı-qaralar”ın ikinci belə uğurudur. Bölgə təmsilçisi 2005/06 mövsümündə də birinci dəstənin qalibi olub. Həmin vaxt Xanları təmsil edən “Gilan” sonradan Qəbələyə köçüb, bir müddət sonra adını da dəyişib.

“Qəbələ” müxtəlif illərdə I dəstə və I divizion adlanan I Liqada 2 dəfə çempionluq yaşayan 6-cı komandadır. Bunadək 5 komanda – “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” I Liqada çempionluq sayında rekorda sahib olub. Ümumilikdə, 26 klub aşağı dəstədə 1-ci yeri tutub.

Düzdür, 1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.

Seçilən
7
5
futbolpress.az

9Mənbələr