“Çelsi”nin əfsanəvi hücumçusu Didye Droqba "İnter Mayami"nin ulduzu Lionel Messi haqda danışıb.
Publika.az xəbər verir ki, o, 8 dəfə “Qızıl top”un sahibi olan argentinalı forvarda karyerasını bitirməyi məsləhət görüb:
“Mən Lionel Messiyə indi dayanmağı məsləhət görərdim, o, artıq futbol üçün çox şey edib. Son dünya çempionatındakı qələbəsi onu daha da əfsanəvi etdi. O, heyrətamiz oyunçudur”.
37 yaşlı Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib.