Mövsümün sonunda “Bavariya”dan ayrılacaq Tomas Müller üçün növbəti variant ortaya çıxıb.
O, daha bir klubun transfer hədəfinə çevrilib. Almaniya mətbuatının məlumatına görə, 35 yaşlı futbolçunu Andres İniesta və Lukas Podolskinin oynadığı “Vissel Kobe” sıralarına qatmağı planlaşdırır. Lakin Müllerin Yaponiyaya köçməyə razı olmayacağı ehtimal edilir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl hücumçu ilə “Los Anceles Qalaksi”nin maraqlandığı haqda xəbərlər yayılmışdı.
DÇ-2014-ün qalibi olan Tomas 2000-ci ildən “Bavariya”nın sistemindədi. O, 2008-ci ildə klubun əsas komandasına debüt edib və həmin vaxtdan indiyədək 747 oyunda meydana çıxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta