"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tərəfindən "Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramının icrası məqsədilə hemodializ prosedurunda istifadə olunan sərfiyyat mallarının satın alınması" üçün tender keçirilib.
Valyuta.az xəbər verir ki, ehtimal olunan dəyəri 28 milyon 543 min 939,22 manat olan tenderin qalibi "Azfar Med" Qapalı Səhmdar Cəmiyyəti olub.
Şirkətin qanuni təmsilçisi Tağı-zadə Toğrul Eldar oğludur. "Azfar Med" QSC 2021-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2 min manat təşkil edir. Qeyd edək ki, bu şirkət daha əvvəl də "İnnovasiya və Təchizat Mərkəzi"nin tenderlərində qalib gəlib.
Daha əvvəl tərəflər arasında ümumi dəyəri 296 min 811,51 manat olan müqavilə imzalanıb. Bundan başqa, "Azfar Med" ilə ümumi məbləği 3,1 milyon manat olan digər müqavilələr də bağlanıb.
Xatırladaq ki, 2024-cü ildə "İnnovasiya və Təchizat Mərkəzi" tərəfindən 72 tender keçirilib. Bu tenderlərdən ümumi dəyəri 30 milyon manat olan müqavilələr məhz "Azfar Med" ilə imzalanıb.
Maya Hüseynova