Partlayışlar Əfqanıstanda seçkilərə imkan vermir: Taliban yenə öz üzərinə götürdü
Taliban terror aktlarının məsuliyyətini öz üzərinə
götürüb.
Anews.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Taliban hərəkatı
Kabil və Pərvanda baş verən terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.
Sentyabrın 17-si Əfqanıstan prezidenti Əşrəf Qaninin seçki kampanıyasına qarşı
Pərvanda törədilən partlayışda ən azı 24 nəfər həlak olub, 21 nəfər yaralanıb. Kabildə
törədilən digər bir partlayışda isə ən azı 3 nəfər ölüb, bir neçə nəfər xəsarət
alıb.
Əfqanıstanda indiyə qədər bir neçə dəfə təxirə salınmış prezident seçkisinin bu
il sentyabrın 28-də baş tutacağı gözlənilir. Əşrəf Qani 2014-cü ildən
Əfqanıstanın prezidentidir. Əfqanıstan konstitusiyasına əsasən,
prezident seçkiləri hər 5 ildən bir keçirilir.
Hüseynov Məhəmməd
www.anews.az