Yevlaxda yanan tövlədə 4 baş iri buynuzlu heyvan tələf olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Dəlləklər kəndində Aqil Əhmədova məxsus təsərrüfatda baş verib.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovun qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.