AZ

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 4 dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Böyük Britaniyaarasında ticarət əməliyyatlarının həcmi 323,3 milyon ABŞ dollarıtəşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 248,1 milyon ABŞ dolları və ya 4,3 dəfə çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsiAzərbaycanın ümumi ticarət dövriyyəsinin 2,68%-i həcmində olub.Bununla da Böyük Britaniya hesabat dövrü ərzində Azərbaycanın ənçox ticarət əməliyyatları apardığı ölkələr sırasında 6-cı pillədəqərarlaşıb.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Böyük Britaniyaya74,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilineyni dövrü ilə müqayisədə 62 milyon ABŞ dolları və ya 5,9 dəfəçoxdur.

Eyni zamanda, hesabat dövründə Böyük Britaniyadan Azərbaycana248,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunubki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 186,1 milyon ABŞdolları və ya 4 dəfə artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6%və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dollarıtəşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Seçilən
4
12
az.trend.az

10Mənbələr