AZ

Azərbaycan-Pakistan strateji əməkdaşlıq əlaqələrinin cari vaziyyəti və perspektivləri müzakirə edilib

Bakı. Trend:

26 aprel 2025-ci il tarixində xarici işlər naziri CeyhunBayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini,xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığıaparılıb.

Trend xəbərverir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər iki ölkə arasında mövcud olan stratejiəməkdaşlıq əlaqələrinin cari vaziyyətini və perspektivlərini, eləcədə regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Söhbət zamanı, ki ölkə liderləri arasında yüksək səviyyəlitəmaslar, habelə sonuncu yüksək səviyyəli səfərlər zamanı əldəolunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət,investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlımaraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdənkeçirilib.

Telefon danışığı zamanı Pakistan naziri Pakistanla-Hindistanarasında yaranmış gərginlik barədə məlumat verib. Nazir CeyhunBayramov öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlarvasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digərikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Seçilən
8
38
az.trend.az

10Mənbələr