“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kral Kubokunun “Real”la qarşıdakı final oyunu haqda söhbət açıb.
Arena.az məlumat verir ki, alman mütəxəssis bu barədə oyuna həsr edilmiş mətbuat toplantısında danışıb:
“Bizim, üç qənimət qazanmaq fürsətimiz var, bizim məqsədimiz də budur. Amma biz bilirik ki, bu, çətin olacaq, çünki qarşıda, əla komandaya malik “Real”la oyun var. Komandam bu finaldan zövq almalıdır”, deyə Hansi Flik vurğulayıb.
Xatırladaq ki, İspaniya Kral Kubokunun cari mövsümünün “Barselona” və “Real” arasındakı final oyunu bu gecə baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (27 Aprel) başladacaq.