AZ

Nazirlik bərpa olunan enerji layihələri üçün ABŞ şirkəti ilə 1,43 milyon manatlıq müqavilə bağladı

BAKI, 26 aprel. TELEQRAF

Energetika Nazirliyi bərpa olunan enerji layihələrinin reallaşdırılması və bu sahədə daha əvvəl imzalanmış müqavilələrdən irəli gələn məsələlərin hüquqi müşayiəti üçün beynəlxalq məsləhətçi şirkət cəlb edib.

Teleqraf xəbər verir ki, nazirlik ABŞ şirkəti “White and Case” LLP ilə 1 milyon 430 min 600 manatlıq müqavilə imzalayıb.

Müqavilə çərçivəsində işlərə aprelin 25-də başlanılıb, dekabrın 31-i bitəcək.

Qeyd edək ki, “White and Case” LLP ilk olaraq 1901-ci ildə Nyu-Yorkda yaradılmış beynəlxalq hüquq firmasıdır. Dünyanın bir çox ölkəsində ofisləri və tərəfdaş şirkətləri mövcuddur.

Seçilən
7
teleqraf.com

1Mənbələr