BAKI, TurkicWorld
Çindən “əhəmiyyətli bir şey” almasaq, tarifləri endirməyəcəyik.
TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çinə qarşı tətbiq edilən tariflərin yalnız vacib güzəştlər əldə ediləcəyi halda endiriləcəyini bəyan edib.
Romaya səfəri zamanı jurnalistlərə açıqlama verən Tramp, Qəzzada humanitar vəziyyətlə bağlı İsrail Baş naziri Binyamin Netanyahu ilə müzakirələr apardığını da bildirib. Tramp deyib ki, Qəzza əhalisinin ərzaq və dərman kimi əsas ehtiyaclarının təmin olunmasına xüsusi diqqət yetirəcəklər. Çinlə bağlı isə o vurğulayıb ki, əgər Pekin ABŞ-a "əhəmiyyətli bir şey" təklif etməsə, tariflərin azaldılması gözlənilmir.
Qeyd edək ki, Donald Tramp administrasiyası Çin mallarına yüksək gömrük rüsumları tətbiq etməklə ticarət balansını düzəltməyi hədəfləmişdi. ABŞ və Çin arasında uzun müddətdir davam edən ticarət mübahisələri iki ölkə arasında münasibətləri gərginləşdirib.