AZ

Dəmir yolu stansiyasında silah-sursat aşkarlandı

BAKI, 26 aprel. TELEQRAF

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində İmişli rayonu ərazisində yerləşən dəmir yolu stansiyalarının birində 1 tapança və 407 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

Seçilən
7
37
teleqraf.com

10Mənbələr