AZ

Məşhur aktyorumuzun 40 mərasimi keçirilir

Xalq artisti, aktyor, rejissor Ənvər Həsənovun 40 mərasimi keçirilir.

 Qurd qapısında keçirilən mərasimdə aktyorun ailə yaxınları, sənət yoldaşları iştirak ediblər.

Mərasimdə mərhumun ömrünün son illərinə həsr olunaraq yazılmış "Ənvər Həsənova vida" adlı kitab təqdim olunub.

Xatırladaq ki, Xalq artisti martın 16-sı vəfat edib. Mərhum Buzovna qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunub.

Seçilən
13
news365.az

1Mənbələr