Bakı. Trend:
İran və ABŞ arasında dolayı yolla nüvə danışıqlarının 3-cüraundu bu gün (26 aprel) Oman Krallığı paytaxtı Məsqətdəbaşlayıb.
Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, nüvə danışıqlarında İranın nümayəndə heyətinəİran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndəheyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi StivUitkofun başçılıq edir.
3-cü raundda İran və ABŞ arasında eksperltər də texnikiməsələlər üzrə danışıqlar aparılacaq. Danışıqlarda İran əleyhinətətbiq olunan sanksiyaların ləğvi və İranın nüvə proqramının diqqətmərkəzində saxlanıldığı bildirilir.
Qeyd edək ki, 19 apreldə İran və ABŞ arasında dolayısımüzakirələrin 2-ci raundu İran xarici işlər naziri Seyid AbbasAraqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsiStiv Uitkofun başçılığı ilə keçirilib. İran və ABŞ arasındadanışıqların 2-ci raundu Oman Krallığının xarici işlər naziri SeyidBədr Əlbusəidinin vasitəçiliyi ilə keçirilib. Danışıqların 3-cüturu bu gün Məsqətdə keçiriləcək.
Əlavə edək ki, 12 apreldə Oman paytaxtı Məsqətdə İran xariciişlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləriüzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞarasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələrkeçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasındakeçirildiyi bildirilir.