Bakı.Trend:
Sudanın Şimali Darfur bölgəsində iki həftə ərzində 480-dən çoxdinc sakin qətlə yetirilib.
Trend xəbər verirki, bu haqda BBC Birləşmiş Millətlər Təşkilatının İnsan Haqlarıüzrə Ali komissarlığına istinadən məlumat yayıb.
BMT aprelin 10-dan bəri törədilən qətllərin bəzilərinin etnikzəminli olduğunu bildirib və faktiki itki sayının daha çox olabiləcəyini istisna etməyib.
Eyni zamanda, silahlıların gənc qız və oğlanlara qarşı cinsitəcavüz törətdiyi bildirilir.
Qeyd edək ki, Şimali Darfurda 2023-cü ildən bəri Əbdül Fəttah əlBurhanın başçılıq etdiyi Sudan ordusu və Burhanın keçmiş müaviniMəhəmməd Həmdon Daqlonun başçılıq etdiyi Çevik Dəstək Qüvvələri(RSF) arasında silahlı münaqişə gedir.
Münaqişənin gedişində on minlərlə insan həyatını itirib.