AZ

Xocasən bələdiyyəsində ekoloji maarifləndirmə tədbiri keçirilmişdir » AzadMedia.az



25.04.2025-ci il tarixində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları baş məsləhətçi Ləman Fərəcli, aparıcı məsləhətçi Sadiq Yusifov Binəqədi rayon Xocəsən bələdiyyəsində Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi , ”Ümumilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının müəllifidir”, “Həmçinin Plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri”, bu təsirlərin azaldılması və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti və “Yaşıllıqların mühafizəsi ilə əlaqədar yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbirlərin yerinə yetirilməsi” mövzular ilə bağlı ekoloji maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin sonunda tədbir dialoq şəklində davam etmiş, bələdiyyə qulluqçularını maraqlandıran suallara cavab verilmişdir.
Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova idarənin əməkdaşlarına tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirmişdir.
Seçilən
15
1
azadmedia.az

2Mənbələr