Bakı. Trend:
Ötən həftə məlum olub ki, “Azərbaycan Dəmir Yolları” (ADY)Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı iki dəfədənçox artırılaraq 1,996 milyard manata çatdırılıb.
Trend xəbərverir ki, həmçinin, Asiya İnkişaf Bankı “Azərbaycan DəmirYolları”nın karbonsuzlaşdırma layihəsi üçün 1,250 milyon ABŞdolları kredit ayırıb.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda POS-terminallarınsayı kəskin artaraq 3 646ədədə, Naxçıvan Muxtar Respublikasında 3 017ədədə, Mil-Muğan iqtisadi rayonunda isə 2 726ədədə çatıb.
Ötən həftə Milli Depozit Mərkəzinin “Elektron müraciət sistemi”istifadəyə verilib.
Bu il aqrar sektorda fəaliyyət göstərən şəxslərə 19,6 milyonmanat məbləğində güzəştli kredit verilib. Ötən il dövlət sifarişi ilə 127 milyonmanatlıq ərzaq alınıb.
Birinci rübdə ölkə iqtisadiyyatına yönəldilmişinvestisiyaların sahələr üzrə bölgüsü:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda tikinti sektoruüzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 900,5milyon manat, nəqliyyat sektoru üzrə investisiyaların dəyəri659,4 milyon manat, təhsil sektoru üzrə əsas kapitalayönəldilmiş investisiyaların dəyəri 49,5milyon manat, sənaye sektoru üzrə əsas kapitala yönəldilmişinvestisiyaların dəyəri 1,6milyard manat, informasiya və rabitə sektoru üzrə əsas kapitalayönəldilmiş investisiyaların dəyəri 77,1milyon manat təşkil edib.
Büdcə daxilolmaları:
Ötən həftə bilinib ki, Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində özəlləşdirmə vəicarədən dövlət büdcəsinə 50,7 milyon manat vəsaitin ödənilməsitəmin edilib. Gömrük xətti ilə dövlət büdcəsinədaxilolmalar 1,430 milyard manat olub.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildəkapital bazarında fərdi investorların investisiya məbləğinin 1milyard manata çatdırılmasını planlaşdırır. Sığorta sektoru üzrə hesablanmış sığortahaqqının (HSH) 2026-cı ildə adambaşına minimum məbləğinin 195 manatolması planlaşdırılır. Bank sektoru üzrə biznes kreditlərininməbləğinin 2026-cı ildə 16,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Ötən il sığorta sektorunda strategiyanın plan üzrə icra olunanfəaliyyət istiqamətləri 86,2 faiz, gecikən fəaliyyət istiqamətləriisə 13,8 faiz olub, kapital bazarları ilə bağlı işlərin69,4%-i həyata keçirilib, ödəniş sektorunun icrastatusu 88% təşkil edib, rəqəmsal maliyyə təşəbbüsləri üzrəstrategiyanın icra vəziyyəti 88,9%olub, dayanıqlı maliyyə təşəbbüsləri ilə bağlı strategiyanınplan üzrə icra olunan fəaliyyət istiqamətləri 76,9 faiz, gecikənfəaliyyət istiqamətləri isə 23,1 faiz təşkil edib,
AMB sədri bildirib ki, 2024-cü ildə və son üç ilin rəqəmlərinəbaxsaq, bank sektorunun kredit portfeli 15%-dən artıq böyüyüb.
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarəHeyətinin (İH) qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizininaşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25%səviyyəsində dəyişməz saxlanılıb.
AMB “Premier Kredit" BOKT-un lisenziyasını ləğvedib və AMB “CFI Financial İnvestisiya Şirkəti”nə xəbərdarlıq edib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur əliyev qeyd edibki, bu ay İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Çinə təşkil edilmişsəfər çərçivəsində Çin şirkətləri ilə imzalanmış investisiyalayihələrinin ümumi həcmi təxminən 335milyon ABŞ dolları təşkil edir.
Keçən həftə açıqlanan məlumata görə, Azərbaycanda sığorta bazarıbirinci rübdə 7% böyüyüb.
Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-martayları üzrə renkinqi
Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar-martayları üzrə renkinqi
Sığorta şirkətlərinin ödənişlərinin dinamikasına görəyanvar-mart ayları üzrə renkinqi
Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-martayları üzrə renkinqi