
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2025-ci il – "Konstitusiya və Suverenlik İli" çərçivəsində Vətən müharibəsi şəhidlərinin və veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası təşkil edilib.“Gələcəyin yaşıl izi” adlı layihə çərçivəsində ayrılmış sahədə 100-ə yaxın müxtəlif növ ağac tingi əkilib. Aprelin 26-da keçirilən tədbir iştirakçıları yaşıllıqların artırılması istiqamətində birgə təşəbbüslə çıxış ediblər.
Aksiya, həmçinin, ekoloji mühitin qorunmasına dəstək olmaqla yanaşı, şəhidlərin müqəddəs xatirəsinin əbədiləşdirilməsinə xidmət edib.
Layihənin əsas məqsədi Vətən müharibəsi qəhrəmanlarının övladlarının iştirakı ilə tarixi Zəfərimizin gələcək nəsillərin yaddaşında yaşadılması, gənclərin təbiətə sevgi və qayğı ruhunda tərbiyə olunmasıdır.
✍️"Ulusum".az
Diqqət Çəkənlər
Sevgi Kökəldir? Xoşbəxt Münasibətlərin Şirin Tərəfi!💞🍰
Bulvarda 50 yaşlı kişi qəfil VƏFAT ETDİ
"Möcüzə Qida – Ana Südü" mövzusunda konfransda iştirak etmək istəyənlərin nəzərinə!