AZ

Şəbəkə marketləri Azərbaycan iqtisadiyyatına nə qazandırır? - ARAŞDIRMA

Bakı. Trend:

Azərbaycanda şəbəkə marketləri, yalnız ticarət sektorunda deyil,həm də kiçik və orta biznesin inkişafında böyük rol oynayır.

Bu məqalədə şəbəkə marketlərinin ölkə iqtisadiyyatına hansıistiqamətlərdən təsir etdiyini araşdırdıq.

Şəbəkə marketləri, kiçik və orta bizneslərininkişafı

Şəbəkə marketləri Azərbaycanda kiçik və orta biznesininkişafında mühüm rol oynayır. Hazırda ölkəmizdə mövcud olan 12market şəbəkəsinin respublikanın hər bir bölgəsində market vəsupermarketləri fəaliyyət göstərir. Şəbəkə marketləri yerliistehsalçıların məhsullarını ölkənin müxtəlif regionlarındatanıdaraq, onların satışını artırmağa kömək edir. Bu, kiçikbizneslərin inkişafına və müstəqil sahibkarların daha güclüolmasına şərait yaradır. Şəbəkə marketləri müştərilərin tələblərinəuyğun məhsullar təklif edərək, yerli istehsalçıları müasir istehlakbazarına uyğunlaşdırmağa və onların məhsullarını beynəlxalqsəviyyəyə çıxarmağa imkan verir.

Statistikaya nəzər salsaq, görərik ki, bu ilin yanvar-martaylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyardmanatlıq, o cümlədən, 8,1 milyard manatlıq ərzaq məhsulları,içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaqmalları satılıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindəəhalinin bir nəfəri orta hesabla ayda 475,3 manatlıq, o cümlədən,264,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,211,0 manatlıq qeyri-ərzaq malları alıb.

Dünyanın ən aparıcı ölkələrindən olan Amerika BirləşmişŞtatlarına nəzər salsaq, orada da şəbəkə marketlərinin kiçik vəorta bizneslərin inkişafında mühüm rol oynadığını görərik. AncaqWalmart, Costco, Target, The Home Depot və 10 ən böyük şəbəkəmarketlərinin siyahısına daxil olan başqa şirkətlərin satışları2023-cü ildə ABŞ üzrə toplam pərakəndə satışın 38%-ni təşkiledib.

Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkəmarketlərinin rolu

Şəbəkə marketləri yerli istehsalın inkişafını təşviq edən əsasamillərdən biridir. Onlar yerli məhsul istehsalçıları iləəməkdaşlıq edərək, yerli bazarı genişləndirir və bu,istehsalçıların daha yaxşı istehsal şərtləri əldə etmələrinə imkanyaradır. Şəbəkə marketlərinin yüksək tələbləri yerliistehsalçıların istehsal proseslərini təkmilləşdirməsinə vəkeyfiyyət standartlarını artırmasına səbəb olur. Bu da iqtisadigəlirlərin artmasına və yeni iş yerlərinin açılmasına səbəb olur.Şəbəkə marketləri eyni zamanda tədarükçülərin inkişafında mühüm roloynayır.

Amerikada da ən böyük şəbəkə marketlərindən olan Costcoştatlardan bir neçə növ balıq, qəhvə, meyvələri tədarük edərəkyerli istehsalçılara dəstək olur.

Logistikanın inkişafı və şəbəkə marketləri

Azərbaycanda şəbəkə marketləri müasir logistika sistemləri ilətəchiz olunmuşdur. Logistikanın optimallaşdırılması tədarükzəncirinin hər bir mərhələsində xərclərin azaldılmasına vəümumilikdə iqtisadiyyatın səmərəliliyinin artırılmasına səbəb olur.Logistika fərdi istehsalçılara kiçik regionların hüdudlarınaçıxmağa və ölkə üzrə bütün istehlakçılara məhsul təklif etməyəimkan yaradır. İşğaldan azad edilmiş torpaqlarımızda müxtəlifmarketlər şəbəkələrinin yaratdığı filiallar ölkəmizdə yaradılanmüasir logistikanın göstəricilərindəndir.

Ölkəmizdə və Cənubu Qafqazda ən böyük logistika anbarıVeysəloğlu Şirkətlər Qrupuna məxsusdur. Mərkəzdəməhsulların lazımi şəraitdə saxlanılması üçün xüsusi soyudulmuşkorpuslar var: məsələn, meyvə və tərəvəzlər +15 dərəcə, donmuşqidalar -18 dərəcədə saxlanılır. Məhsul anbardan çıxdıqdan sonraonun marketə yüksək keyfiyyətlə çatdırılması üçün xüsusi soyuduculuyük maşınlarından istifadə edilir.

Yaşıl iqtisadiyyata keçiddövründə logistik anbarların əhəmiyyəti önəmlidir. Dünya ölkələriİngiltərənin Tesco şəbəkə marketi "hub-and-spoke" modelindənistifadə edərək distribüter mərkəzlərində avtomatlaşdırılmışkonveyer kəmərləri və robotlaşdırılmış seçim sistemlərindənistifadə edərək, sifarişləri daha sürətli və dəqiq şəkildə yerinəyetirir. Bu da logistikanın inkişafının dünyanın bütün ölkələrindəvacibliyini göstərir.

Şəbəkə marketlərinin qısa (və optimal) ərzaq tədarüküzəncirinin yaradılmasında rolu

Ölkəmizdə şəbəkə marketləri, ərzaq tədarükü zəncirini dahasəmərəli və optimal şəkildə qurmağa kömək edir. Bu marketlər qısatədarük zəncirləri vasitəsilə məhsulların təzə və sürətli şəkildəmüştərilərə çatdırılmasını təmin edir. Şəbəkə marketlərininlogistik infrastrukturu, məhsulların istənilən yerə sürətlə vəkeyfiyyətlə çatdırılmasını mümkün edir. Qardaş ölkə Türkiyədə əsasşəbəkə marketləri olan BİM, A101, Şok, Migros güclü logistikainfrastrukturu və sürətli satış dövriyyəsi sayəsində tədarükzəncirinin mərkəzində yer alır.

Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi

Azərbaycanda ərzaq təhlükəsizliyi şəbəkə marketlərininfəaliyyətinin ən vacib aspektlərindən biridir. Şəbəkə marketləriplanlı sistem quraraq, məhsul çatışmazlığının qarşısını alır. Beləmarketlər məhsulların keyfiyyətinə ciddi nəzarət edir, onlarımüasir standartlara uyğun saxlayır və istehlakçılara təhlükəsizərzaq məhsulları təqdim edirlər. Şəbəkə marketləri xüsusilə yerliistehsalçıların təhlükəsiz məhsul təqdim etməsinə nəzarət edərək,bazarda qida təhlükəsizliyinin təmin edilməsində mühüm roloynayır.

İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkəmarketləri

Şəbəkə marketləri dayanıqlı iqtisadi inkişafın təmin olunmasınakömək edir. Onlar yerli istehsalçıları dəstəkləyərək yeni işyerləri yaradır. İstehlakçılara yüksək keyfiyyətli və qiymətbaxımından əlverişli məhsullar təqdim etməklə, müştəri tələbatınıqarşılayır. Bu, ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafınavə daha geniş iqtisadi dövriyyənin yaranmasına səbəb olur. Azadedilmiş ərazilərimizdə şəbəkə marketləri həm iş yerlərininyaradılmasında, həm də iqtisadiyyatın bərpasında mühüm roloynayır.

AQTA və digər requlyatorların şəbəkə marketlərinininkişafında rolu

Müştərilərini keyfiyyətli qida və qeyri-qida məhsulları ilətəmin etmək şəbəkə marketlərinin əsas işlərindəndir. Azərbaycandaqida təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) nəzarət edir. Agentlik qida zəncirinin bütün mərhələlərindəiştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlətnəzarətini həyata keçirir. AQTA tez-tez şəbəkə marketlərindəyoxlamalar aparır. Satılan məhsulların keyfiyyəti, saxlanma şəraitivə istehsal tarixi yoxlanılır.

Həmçinin, qida məhsullarının üzərində düzgün etiketləmə, saxlamaqaydalarına riayət olunması və qida zəhərlənmələrinin qarşısınıalmaq üçün ciddi nəzarət həyata keçirir. Supermarketlər AzərbaycanRespublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiqreyestrində qeydiyyatdan keçən müəssisələrlə əməkdaşlıq edir. Bunamisal olaraq “Araz” supermarketlər şəbəkəsin göstərmək olar. “Araz”müştərilərinə yalnız laborator analizlərdən keçən məhsullar təklifolunur.

Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc)yaranmasında daşıdığı missiya

Şəbəkə marketləri xüsusən qadınlar və gənclər üçün yeni işyerləri yaradır. Ticarət sektorunda fəaliyyət göstərən şəbəkəmarketləri işçi qüvvəsini cəlb etmək və əmək bazarında şanslarıbərabərləşdirmək baxımından mühüm rol oynayır. Şəbəkə marketləriməhsul və xidmət təklif etməkdən daha çox sosial və iqtisadibaxımdan da müsbət rol oynayır.

Şəbəkə marketləri ucqar bölgələrdə də fəaliyyət göstərir. Bu,yerli əhalinin məşğulluğunu artırır. Şəbəkə marketlərində gənclərinişə cəlb edilməsi sosial bacarıq və liderlik qabiliyyətləriniinkişaf etdirməyə imkan yaradır.

Qadınları rəhbər vəzifələrə, müştəri xidmətlərinə, satışa vədigər sahələrə cəlb etməklə onların iş həyatına daha fəal şəkildəqatılmalarını təmin edir.

Təkcə ötən il “Araz” supermarketlər şəbəkəsində 3 minə yaxınqadın işlə təmin olunub. Ötən ilin rəqəmlərinə əsasən “Araz”əməkdaşlarının 50%-ni qadınlar təşkil edir. Onların orta yaş həddi36-dır. Mütəxəssis heyətində 200-ə yaxın, rəhbər vəzifələrdə isə200-dən çox qadın təmsil olunur.

Müqayisə üçün, ABŞ-dəki statistikaya nəzər salsaq, görərik ki,qadınlar şəbəkə marketlərində işləyən işçi qüvvəsinin təxminən48.9%-ni təşkil edir.

Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergiödəyicisi kimi

Şəbəkə marketləri qeyri-neft sektorunda əhəmiyyətli vergiödəyiciləridir. Bu vergi gəlirləri, ölkənin iqtisadi inkişafı vəsosial sahələrə sərmayə qoyuluşu üçün mühüm resurs təmin edir.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-cü ilüçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqladığı siyahıyanəzər salsaq, bunun bir daha şahidi ola bilərik.

Adları açıqlanan şirkətlər arasında Veysəloğlu Şirkətlər Qrupunaaid olan biznes subyektləri, "Araz Supermarketlər Şəbəkəsi", "ObaMarketlər Şəbəkəsi" və "Veysəloğlu MMC” yer alır. Azərbaycanıniqtisadi inkişafında mühüm rol oynayan bu şirkətlərin dövlətəödədiyi vergi məbləğinin ümumi həcmi 75,7 milyon manat təşkil edir.Siyahıdan göründüyü kimi, "Araz Supermarket" Məhdud MəsuliyyətliCəmiyyəti 36,7 milyon manat, "Oba Market" Məhdud MəsuliyyətliCəmiyyəti 23,5 milyon manat, "Veysəloğlu" Məhdud MəsuliyyətliCəmiyyət isə 15,5 milyon manat vergi ödəyib.

Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 100 vergi ödəyicisinintəhlili həm də göstərir ki, "Araz Supermarket" və "Oba Market"pərakəndə sektoruna aid olan vergi ödəyicilərinin arasında müvafiqolaraq birinci və ikinci yerləri bölüşür. Ümumilikdə ərzaqsektoruna aid olan vergi ödəyən şirkətlər arasında isə VeysəloğluŞirkətlər Qrupu birinci yerdə qərarlaşıb.

Şəbəkə marketlərinin və ölkədə investisiyamühiti

Şəbəkə marketləri ölkədə investisiya mühitinin inkişafına mühümtəsir göstərir. Onlar xarici və yerli investorları cəlb edərəkiqtisadiyyata daha çox sərmayə yatırılmasına şərait yaradır. Şəbəkəmarketlərinin inkişafı yerli müəssisələr üçün investisiya imkanlarıyaradır və ölkə iqtisadiyyatının şaxələndirilməsinə kömək edir. Bu,həmçinin müasir texnologiyaların tətbiqi və yenilikçi biznesmodellərinin inkişafına təkan verir. Ölkəmizdə marketlərşəbəkəsinin kütləvi genişlənməsi təxminən 15 ildir ki, davam edir.Ən çox investisiya yatırılan sahələrdən biri də şəbəkəmarketləridir. Bunun da əsas səbəbi Azərbaycanda dövlətsəviyyəsində mövcud investisiya mühitinin daha da yaxşılaşdırılmasıüçün xeyli işin görülməsidir.

Şəbəkə marketlərinin ərzaq təhlükəsizliyi və müştəriməmnuniyyətində rolu

Şəbəkə marketləri ərzaq məhsullarının təhlükəsizliyini vəmüştəri məmnuniyyətini təmin etmək üçün yüksək standartlara uyğunxidmət təqdim edir. Müştəri məmnuniyyəti şəbəkə marketlərininfəaliyyəti üçün əsas prioritetlərdən biridir. Onlar müştərilərininehtiyaclarını qarşılayır, məhsulların keyfiyyətinə diqqət yetirirvə təhlükəsiz ərzaq təklif edirlər.

Şəbəkə marketlərinin ən mühüm strateji məqsədlərindən biri dəərzaq təhlükəsizliyinin təmin edilməsidir. Məhsulun qablaşdırma vəya paketləmə formasına, etiket məlumatlarına, temperatur rejimi vəsaxlanma şəraitinə əməl olunmasına nəzər yetirməklə onun keyfiyyətihaqqında məlumat əldə etmək olar. Hər bir market şəbəkəsindəKeyfiyyətə Nəzarət komandası var. Müştəri məmnuniyyətinə gəldikdəisə bu hər bir şəbəkə marketi üçün ilk sıradadır. Müştərimüraciətləri əsasında şikayət edilən məhsulun keyfiyyətgöstəriciləri yenidən araşdırılır. Belə halların yaranmaması üçünönləyici tədbirlər görülür.

Şəbəkə marketlərinin iqtisadiyyatda tələb-təklifqanununun işləməsindəki rolu

Şəbəkə marketləri iqtisadiyyatda tələb-təklif qanunununişləməsində mühüm rol oynayır. Onlar bazarda tələb və təklifarasındakı balansı nizamlayaraq, qiymətlərin stabil və rəqabətəuyğun olmasına kömək edir. Şəbəkə marketləri, istehsalçılar vəistehlakçılar arasında effektiv əlaqələr quraraq, tələbin yerinəyetirilməsini təmin edir və bazarın səmərəli şəkildə işləməsinəşərait yaradır. Şəbəkə marketləri geniş məhsul çeşidi və müasirtəchizat zənciri ilə tələbi yaxşı proqnozlaşdırır, buna uyğunməhsul təklif edir. Marketlər müştərilərinin istəyinə uyğunkeyfiyyətli və təzə məhsullar təqdim etməklə bazardakı tələbiqarşılayır.

Ümumilikdə şəbəkə marketləri bazarda tələb-təklif qanunununişləməsinə təsir edir, qiymətləri tənzimləyir və müştərilərintələblərinə cavab verərək bazarda tarazlığın qorunmasına köməkedir.

Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan MətbuatŞurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin“Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu”mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr