AZ

“Yuventus” təhlükədə: Bu baş versə, futbolçular klubu tərk edəcək

“Yuventus” yeni mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, bir neçə futbolçusunu itirə bilər.

Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “qoca sinyora” getməsə, təxminən 60 milyon avro almayacaq. Nəticədə İngiltərə çempionatından klubların maraq dairəsində olan müdafiəçi Federiko Qatti və Andrea Kambiaso İtaliya nəhəngini tərk edə bilər.

Müqaviləsi 2026-cı ilin yayında başa çatacaq qapıçı Mattia Perin və hücumçu Duşan Vlahoviçrin “Yuve”dən ayrılmaq ehtimalı yüksəkdir. Serbiyalı futbolçu müqaviləsini uzatmaqdan imtina edir.

“Qoca sinyora”nın eyni zamanda hücumçular Randal Kolo Muani və Fransisko Konseysaonun icraə müqaviləsini uzatmaq üçün də maddi imkanı olmayacaq .

Seçilən
15
publika.az

1Mənbələr