AZ

Papa bu gün dəfn olunacaq


266-cı Papa Fransiskin (Xorxe Mario Berqolio) dəfn mərasimi Vatikanda keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dəfn mərasimi Müqəddəs Pyotr meydanında keçiriləcək.
Aprelin 21-də 88 yaşında vəfat edən pontifikin cəsədinin olduğu tabut daha sonra Böyük Məryəm Kilsəsinə (Santa Mariya Maggiore bazilikasına) aparılacaq.
Qeyd edək ki, üç gün ərzində Papa Fransisklə vidalaşmaq üçün Müqəddəs Pyotr Bazilikasına 250.000 insan gəlib.
Ancaq Roma hakimiyyətinin hesablamalarına görə, dəfn mərasiminə yarım milyona qədər insan toplaşa bilər.
Meydanda ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp da daxil olmaqla 80 dövlət və hökumət başçısı, Belçika, İordaniya, İspaniya kralları da daxil olmaqla 10 tac taxan başçı, həmçinin, müxtəlif ölkələrdən dini nümayəndələr iştirak edəcək. Böyük Britaniyadan isə Şahzadə Uilyam gələcək. Dəfn mərasimində Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edəcək.
Təsdiq edilmiş protokola əsasən, Argentina prezidenti (Berqoqlionun vətəni) Xavyer Miley və İtaliya prezidenti Sercio Mattarella birinci sırada əyləşəcəklər. Qalan yüksək rütbəli qonaqlar fransız dilində təmsil etdikləri ölkələrin adlarının əlifba sırasına uyğun olaraq əyləşəcəklər.
Seçilən
15
1
yeniavaz.com

10Mənbələr