AZ

Ağdaşda ağır qəza: xəsarət alanlar var

Ağdaş rayonunda yol qəzası olub, xəsarət alanlar var.

Hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov və "Opel"in sürücüsü, 39 yaşlı Maqsud Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Seçilən
5
20
moderator.az

10Mənbələr