AZ

Toronto küçələrində Fələstin dəstək yürüşü

BAKI, TurkicWorld

Kanadada minlərlə insan Fələstinə dəstək şüarları ilə yürüş keçirib.

TurkicWorld xəbər verir ki, Kanadanın Toronto şəhərində minlərlə insanın qatıldığı Fələstinə dəstək yürüşü təşkil olunub. Etirazçılar şəhərin mərkəzindən keçərək Fələstin bayraqları və şüarlarla diqqət çəkiblər.

Aksiya iştirakçıları münaqişənin dərhal dayandırılması və beynəlxalq ictimaiyyətin Fələstin xalqına dəstəyini artırması tələblərini irəli sürüblər.

Son aylarda dünyanın müxtəlif bölgələrində, o cümlədən Şimali Amerikada Fələstinə dəstək məqsədilə genişmiqyaslı nümayişlər keçirilir. Toronto da bu aksiyalara ev sahibliyi edən əsas şəhərlərdən biridir.

Seçilən
9
turkic.world

1Mənbələr