Cüdo üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Monteneqronun paytaxtı Podroritsada keçirilən yarışın dördüncü günündə Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxacaq.
Olimpiya çempionumuz Zelim Kotsoyev Paris-2024-dən sonra ilk sınağına başlayacaq. Fərdi yarışların son günündə Uşanqi Kokauri və Nigar Süleymanova da mübarizə aparacaq.
Kişilər
100 kq
Zelim Kotsoyev mübarizəyə 2-ci mərhələdən start verəcək. Onun rəqibi Simeon Georgiadis (Yunanıstan) – Mixael Aristos (Kipr) duenlində bəlli olacaq.
110 kq
Uşanqi Kokauri Patrik Bronietslə (Polşa) üz-üzə gələcək.
Qadınlar
+78
Nigar Süleymanova Sofiya Somkxişvili (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız yarışın ilk 3 günündə 4 bürünc medal qazanıb. Əhməd Yusifov 60 kq, Rəşid Məmmədəliyev 73 kq, Zelim Tçkayev 81 kq, Murad Fətiyev 90 kq çəkidə fəxri kürsüdə yer alıb.
İdman.biz