BAKI, 26 aprel. TELEQRAF
Qazax, Yevlax və Bərdə rayonlarında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Qazax rayonunun Canalı kəndində ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Yevlax şəhərinin Dəlləklər kəndində ümumi sahəsi 110 m² olan tövlənin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bərdə rayonunun Şatırlı kəndində ümumi sahəsi 56 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.