AZ

Moskvada 9 May tədbirlərinə dəyişiklik edildi: Konsert ləğv olundu

BAKI, 26 aprel. TELEQRAF

Rusiya hökuməti mayın 9-da Moskvada keçiriləcək Böyük Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri proqramına dəyişiklik edib.

Teleqraf xəbər verir ki, müvafiq sərəncamı Baş nazir Mixail Mişustin imzalayıb.

Sənədə əsasən, ötən il təsdiqlənmiş və tədbirlərin planını əks etdirən mətnə dəyişikliklər edilib.

Əvvəlki variantda mayın 9-da Qırmızı Meydanda bayram konsertinin və atəşfəşanlığın təşkili nəzərdə tutulurdu. Lakin yeni redaktədə yalnız atəşfəşanlıq qeyd olunub, konsert bəndi çıxarılıb.

Seçilən
11
teleqraf.com

1Mənbələr