AZ

Ekvadordakı zəlzələdə onlarla insan yaralanıb, neft infrastrukturuna ciddi ziyan dəyib

Bakı. Trend:

Ötən gün Ekvadorda baş vermiş 6.3 bal gücündə zəlzələ azı 20nəfərin yaralanmasına və Esmeraldes adlı liman şəhərində çoxsaylıdağıntılara səbəb olub.

Trend xəbər verirki, bu barədə BBC məlumat yayıb.

Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinə əsasən, zəlzələEkvador sahilləri yaxınlığında yerin 30 kilometr dərinliyində qeydəalınıb.

Zəlzələ evlərin və ictimai binaların uçmasına, elektrikxətlərinin aşmasına yol açaraq, neft infrastrukturuna aid bəzimüəssisələrin bağlanması ilə nəticələnib.

Yerli hakimiyyət orqanları evlərin 80 faizdən çoxunun elektriktəchizatından məhrum olduğunu bildirir.

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr