Bakı. Trend:
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yeni alinümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri təkcə diplomatikdeyil, həm də strateji baxımdan əhəmiyyətli bir hadisə sayıla bilərvə sayılmalıdır da. Bu, formal regional tur yox, xüsusi olaraq Bakıilə münasibətlərə fokuslanan, konkret məqsədli və hədəfli səfər idiki, nəticədə Brüsselin Azərbaycanın regional və beynəlxalqsiyasətdə müstəqil və təsirli aktor kimi əhəmiyyətini anladığınıgöstərir.
K.Kallasın Avropa diplomatiyasının rəhbəri kimi Cənubi Qafqazailk səfərinin məhz Azərbaycana ünvanlanması artıq simvolik mənadaşıyır. Bu, təkcə ikitərəfli münasibətlərin təftişi və yenidənbaşladılması arzusu deyil, həm də Brüsselin Bakı ilə dialoqdayanaşmasını dəyişmək zərurətini qəbul etməsidir. Xüsusən də son üçildə Aİ-nin buraxdığı bir sıra diplomatik səhvlər fonunda bu səfərözündə yeni bir kursun başlanğıc əlamətini daşıyır.
Avropa İttifaqı hazırda xarici siyasətini dərindən yenidənqiymətləndirdiyi bir mərhələdən keçir. ABŞ ilə xarici siyasətkoordinasiyası xüsusilə postsovet məkanında, nəzərəçarpacaqdərəcədə zəifləyib. Trans-Atlantik münasibətlərdə qarşılıqlıetimadla inamın tənəzzülü və Aİ daxilində suveren millisiyasətlərin güclənməsi fonunda Brüssel yaxın xaricdə özstrategiyasını real şəkildə təftiş etməli olur.
Cənubi Qafqazda uğursuzluqlar, Mərkəzi Asiyaya qarşısiyasi laqeydlik, Yaxın Şərqdə təsirin itirilməsi və Balkanlardapassivlik təkcə institusional zəiflikləri deyil, həm də Avropadiplomatiyasının mənəvi və strateji böhranını üzə çıxardı. Buböhran xüsusilə də müstəqil xarici siyasət aparmaq qabiliyyətinəmalik Azərbaycan kimi ölkələrlə dialoqda özünü daha qabarıqgöstərir.
Kaya Kallasın Bakıya səfəri yalnız diplomatik jest deyil, həm dəAİ-nin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanmasını ifadəedən cəhd idi. Yeni Ali Nümayəndənin Ermənistanı deyil, məhzAzərbaycanı seçməsi, halbuki Aİ-nin dəstəklədiyi müşahidə missiyasıorada fəaliyyət göstərir, Brüsselin diqqət mərkəzində dəyişiklikolduğunu göstərir. Bu, artıq ideoloji qəliblərdən deyil, maraqlaraəsaslanan praqmatik və realist dialoqa üstünlük verilməsininəlamətidir.
Estoniyanın baş naziri olduğu dövrdə də tərəfdaşlara qarşı sərt,lakin praqmatik və rasional xətt yürüdən Kallas üçün Azərbaycanyalnız enerji resursları yox, həm də regional sabitliyin əsastəminatçısı ölkə kimi önəmlidir.
Bu isə Bakı ilə İrəvan arasında formalaşmaqda olan sülh sazişikontekstində daha da aktuallaşır.
Bakıda aparılan danışıqlar zamanı enerji və nəqliyyatdan tutmuştəhlükəsizlik və postmünaqişə bərpasına qədər geniş spektrdəməsələlər müzakirə olundu.
Fəqət əsas mövzu regional nizamlanma, xüsusilə də Azərbaycan iləErmənistan arasında davam edən sülh prosesi oldu. Özünü bu prosesdəvasitəçi kimi təqdim etməyə çalışan Aİ, əslində, prosesdən kənardaqaldı və bunun əsas səbəbi də elə öz diplomatik səhvləri idi.
Ən başlıcası isə Fransanın destruktiv və təhrikedicimövqeyi oldu ki, bu da Aİ-nin neytrallığına Bakı tərəfindən ciddizərbə kimi qiymətləndirildi.
Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Aİ yalnız o halda buprosesdə iştirak edə bilər ki, ikili standartlardan imtina edilsinvə tərəflərə bərabər məsafə prinsipi tanınsın. Kaya Kallaslakeçirilən danışıqlar məhz bu yeni yanaşma üçün konturlarıncızılması baxımından əhəmiyyətli idi. Bu, etimadın bərpası üçünhələlik nəzəri, amma real potensiala malik imkan pəncərəsi kimiqiymətləndirilə bilər.
Bakıda keçirilən danışıqlarda xüsusi diqqət Fransa faktorunayönəldildi. Bu ölkə həm Avropa İttifaqı çərçivəsində, həm də digərbeynəlxalq platformalarda ardıcıl şəkildə anti-Azərbaycan mövqeyinümayiş etdirir. Fransanın erməni radikallarını dəstəkləməsi,Brüsselə birtərəfli gündəliyi legitimləşdirmək üçün təzyiqgöstərməsi, eləcə də Aİ-ni uydurma “humanitar missiya”ya cəlb etməkcəhdləri Bakının Aİ-yə olan etimadını dərin şəkildə sarsıdan kritikhəddə çevrildi.
Bu gün Azərbaycanda Avropa İttifaqı bütöv və vahid bir xaricisiyasət aktoru kimi deyil, parçalanmış maraqlara malik, ayrı-ayrıdövlətlərin - xüsusən də Fransanın siyasi simpatiyalarının üstünlüktəşkil etdiyi bir klub kimi dərk olunur. Bu isə ya Aİ-nin qərarqəbuletmə mexanizminin köklü şəkildə yenidən düşünülməsini, ya daonun Cənubi Qafqaza yanaşmasının institusional transformasiyasınızəruri edir.
2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Avropaİttifaqı Azərbaycan ilə Ermənistan arasında sülh prosesindəvasitəçi rolunu oynamağa çalışdı. Amma son üç ildə bu səylərardıcıl diplomatik səhvlər və əlaqələndirilməmiş təşəbbüslərləmüşayiət olundu. Aşağıdakı əsas epizodlar bu buraxılmış fürsətlərintəhlilinə xüsusi diqqət tələb edir:
1. Şarl Mişel təşəbbüsü və onun itirilməsi:2022-ci ildə Şarl Mişelin Bakı ilə İrəvan arasında danışıqlardaşəxsi iştirakı perspektivli görünürdü. Ancaq əldə olunanrazılaşmaların icrasına yönəlik mexanizmlərin olmaması, həmçininZəngəzur dəhlizi də daxil olmaqla əsas məsələlər üzrə Brüsselinqeyri-müəyyən mövqeyi tərəflərin etimadını zəiflətdi.
2. Aİ-nin Ermənistandakı məntiqsiz, təhlükəli vəbirtərəfli missiyası: Aİ-nin mülki missiyasının Bakı ilərazılaşdırılmadan Ermənistanda yerləşdirilməsi Azərbaycanınsuverenliyinə qarşı nümayişkaranə hörmətsizlik kimi qəbul olundu.Həmin missiya mandatına zidd olaraq faktiki şəkildə münaqişətərəflərindən birinin siyasi alətinə çevrildi.
3. Avropa institutlarının anti-islam və anti-türkritorikaya laqeydliyi ilə susqunluğu: Ermənistanmediasında və siyasi arenasında düşmənçiliyi körükləyən çağırışlaraqarşı Aİ tərəfindən adekvat reaksiya verilməməsi Azərbaycanda ikilistandartlar təəssüratını daha da gücləndirdi.
Nəticədə, neytral və effektiv vasitəçi olmaq əvəzinə, Aİ həmnüfuzunu, həm də regiondakı etimadını faktiki olaraq itirmişoldu.
Azərbaycan, məsuliyyətli və rasional bir dövlət olaraq, Aİ ilədialoqun bərpası imkanını tamamilə inkar etmir. Lakin bu, yalnızBakının əsas saydığı bir sıra şərtlərin yerinə yetirilməsi iləmümkündür:
Neytrallıq və obyektivlik: Aİ ayrı-ayrı üzvdövlətlərin - xüsusən də Fransanın - mövqelərini ümumi siyasət kimitəqdim etmək praktikasından imtina etməlidir.
Ermənistandakı Aİ missiyasının fəaliyyətinin yenidənnəzərdən keçirilməsi: Missiyanın mandatı yalnız texnikifunksiyalarla məhdudlaşmalı, siyasi proseslərə müdaxiləni vəqərəzli ritorikanın ötürülməsini istisna etməlidir.
Azərbaycanın bərabərhüquqlu tərəfdaş kimitanınması: Brüssel mentorlara xas təlimatverici və amiranəyanaşmadan imtina edərək, Bakı ilə paritet əsaslı dialoqakeçməlidir - bu dialoqda Azərbaycanın maraqları formal deyil,məzmun baxımından nəzərə alınmalıdır.
Sektoral normalaşma üzrə mərhələli yanaşma:Energetika, nəqliyyat, iqlim dəyişikliyi və rəqəmsal transformasiyakimi sahələrdə minimum siyasi yüklənmə ilə yeni pozitiv gündəminformalaşdırılması mümkündür.
Azərbaycan irəli getməyə hazır olduğunu nümayiş etdirir - lakinbu, yalnız suverenlik, ərazi bütövlüyü və siyasi ləyaqətməsələlərində heç bir güzəştin olmayacağı şəraitdə baş verəbilər.
Avropa İttifaqının Azərbaycanla bağlı siyasətini daha genişregional dinamikadan kənarda dəyərləndirmək mümkün deyil. Aİ-ninMərkəzi Asiyaya marağının artması, “Global Gateway” təşəbbüsü, Çinlogistik marşrutlarından asılılığın minimuma endirilməsi cəhdləri -bütün bunlar obyektiv olaraq Cənubi Qafqazın tranzit körpüsü vəsiyasi mərkəz kimi əhəmiyyətini artırır.
Belə şəraitdə Aİ-nin Mərkəzi Asiyadakı fəallaşması ya Bakı iləəməkdaşlığın genişlənməsi üçün əlavə impuls ola bilər, ya daəksinə, prioritetlərin qeyri-bərabər bölüşdürüləcəyi təqdirdə yenirəqabət gərginliyinin mənbəyinə çevrilə bilər.
Eyni zamanda, Aİ ilə Çin arasında münasibətlərintransformasiyası (o cümlədən sanksiyalar kontekstində) davam edirvə bu, davamlı və etibarlı marşrutların əhəmiyyətini daha daartırır. Belə marşrutlardan biri olan Orta Dəhliz - yəni Azərbaycanüzərindən keçən yol - Avropa üçün alternativ deyil, stratejizərurətə çevrilməkdədir.
Əgər Aİ doğrudan da xarici iqtisadi əlaqələrini yenidən qurmaqvə strateji muxtariyyətə nail olmaq istəyirsə, Azərbaycanı nəzərdənkənarda saxlamaq lüksünə malik deyil.
Kaya Kallasın Azərbaycana səfəri sadəcə diplomatik jest yox,Bakı–Brüssel münasibətlərinin yeni arxitekturasının qurulması üçünpotensial başlanğıc nöqtəsidir. Azərbaycan dialoqa hazırdır - lakinbu, yalnız hörmət, bərabərlik və əvvəlki etimadsızlıq, müdaxilə vəsiyasi qərəz üzərində qurulan paradiqmalardan imtina şərtiləmümkündür.
Gələcək dialoqun əsas prinsipləri belə formalaşmalıdır:
Tənqidçilik deyil, konstruktiv yanaşma;
Himayəçilik deyil, bərabərlik;
Şablonlar deyil, çevik və məzmunlu əməkdaşlıq.
Avropa İttifaqı səhvlərini düzəltmək üçün bir fürsət əldə edib.Bu fürsətdən istifadə edə biləcəyi isə Brüsselin öz əvvəlkisiyasətinin hədlərini nə qədər dərindən anladığından asılıdır.
Hazırda Bakıda ehtiyatlı nikbinlik mövcuddur.
Məzkur nikbinlik tələbsiz və şərtsiz deyil - tələblər yüksəkdir,illüziyalar yoxdur, tələskənlik və milli ləyaqət məsələsindəkompromisə getmək isə qətiyyən nəzərdə tutulmur.