Pakistan Hindistanla aviareysləri və bütün ticarət əlaqələrini dayandırıb.
Sərhəd-buraxılış məntəqələrində passport rejimi tədbiq olunur.
Bu, saatlarla çəkən növbələrin yaranmasına səbəb olub.
Xatırladaq ki, Kəşmirin Hindistanın nəzarətində olan hissəsində - Pahalqam turizm şəhərində 28 nəfərin ölümü, 20-dən çox şəxsin yaralanması ilə nəticələnən silahlı insidentdən sonra iki ölkə arasında gərginlik yaranıb.
Hindistan hücum edən şəxslərdən 3-ünün pakistanlı olduğunu bildirib.
Sözügedən şəxslərin Müqavimət Cəbhəsi qruplaşması üzvləri olduğu deyilir.
Hindistan bu qruplaşmanı terror təşkilatı hesab edir.
Hindistanın baş naziri Narendra Modi terrorun cavabsız qalmayacağını bildirib.
Pakistan rəhbərliyi isə hücumda rolunun olmadığını bəyan edib.
Hindistan gərginlik fonunda Pakistanla 1960-cı ildə imzalanan Hind Suyu Müqaviləsini də dayandırıb.
Bu müqavilə Hind çayının bölüşdürülməsi ilə bağlıdır.
Pakistanda milyonlarla insan gündəlik və kənd təsərrüfatı tələbatını bu çaydan təmin edir.
Rəsmi İslamabad Hindistan suyun axınını dayandırmaq və ya dəyişməyə cəhd edərsə, bunu müharibə səbəbi hesab edəcəyini bəyan edib.
Birləşmiş Millətlər Təşkilatı hər iki ölkəni eskalasiyaya getməkdən çəkinməyə çağırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta