AZ

ROMA PAPASI BU GÜN DƏFN OLUNACAQ » AzadMedia.az

ROMA

Roma Papası Fransisk bu gün dəfn ediləcək.

Vatikandan verilən məlumata görə, son bir neçə gündə ponitifkin nəşini ziyarət edənlərin sayı 250 mini ötüb.
Papa Romada Santa Mariya Macore Bazilikasında dəfn olunacaq.

Mərasimində çox sayda dövlət başçısı, o cümlədən, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın iştirak edəcəyi gözlənilir.
Katoliklər gecə saatlarından etibarən bazilikanın qarşısında toplaşmağa başlayıb, onun ruhuna dualara oxuyublar.
Xatırladaq ki, pontifik 21 apreldə 88 yaşında insultdan vəfat edib.

O, uzun müddət ağ ciyərlərin sətəlcəmindən əziyyət çəkib.
Papa Fransisk Katolik Kilsəsinin ilk latın amerikalı lideri olub.

O, sonuncu dəfə Pasxa ilə əlaqədar ictimaiyyət qarşısına çıxıb, minlərlə möminin bayramını təbrik edib.
Əsl adı Xorxe Mario Berqolyo olan dini lider 1936-cı ildə Argentinada doğulub, 2013-cü ildə Roma Papası seçilib.
Vatikan lideri dəfələrlə müharibələrin dayandırılmasına çağırış edib, müharibədən qaçan insanların digər ölkələrdə xoş qarşılanmasını istəyib.
Vatikanda, eyni zamanda, növbəti Roma Papasının kim olacağı sualı gündəmdədir.

Əsas namizədlər arasında kardinal Piter Tarkson, Pyetro Parolin, Luis Taqle və Fridolin Bezunquun adı yer alır.

Seçilən
18
1
azadmedia.az

2Mənbələr