AZ

"Nissan" məhkəməyə verildi: Avtomobil hərəkətdə olarkən qapıları açılır

ABŞ-də "Nissan" avtomobillərinin sahibləri məhkəmədə nəqliyyat vasitəsinin istehsalçısına qarşı kollektiv iddia qaldırıblar.

 

Buna səbəb kimi avtomobillərin qapı kilidlərində yaranmış qüsurlar göstərilir.

 

İddia 2013-2025-ci illərin "Altima", 2014-2025-ci illərin "Rogue" və 2013-2025-ci illərin "Sentra" modellərinə aiddir.

 

Avtomobil sahibləri şikayətlənirlər ki, sözügedən qüsur maşın hərəkətdə olarkən gözlənilmədən qapının açılmasına və ya qapının ümumiyyətlə açılmasının mümkünsüzlüyünə gətirib çıxarır.

 

Oxu.az

Tarix: 26 Aprel 2025, 08:44   
Seçilən
34
2
pravda.az

3Mənbələr