AZ

Rusiya Dnepropetrovskda yaşayış binasını vurdu

BAKI, 26 aprel. TELEQRAF

Dnepropetrovsk vilayətinin Kamenskoye şəhəri Rusiyanın PUA-larının hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Məlumata görə, rusların hücumu zamanı doqquzmərtəbəli yaşayış binası vurulub. Təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir.

İlkin məlumata görə, biri uşaq olmaqla 3 nəfər xəsarət alıb.

Seçilən
22
teleqraf.com

1Mənbələr