AZ

Pakistan ordusu altı terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Pakistan ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonundakeçirilən antiterror əməliyyatı zamanı azı 6 terrorçuzərərsizləşdirilib, 4-ü isə yaralanıb.

Trend-inməlumatına görə, bu barədə “Geo TV” Pakistan Silahlı QüvvələrininXidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinə (ISPR) istinadənxəbər verib.

Məlumata əsasən, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecəPakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçünəməliyyat keçirib. Onların hədəfi qadağan olunmuş "Fitnəəl-Xəvaric" qruplaşmasının (keçmiş "Tehrik-i-Taliban Pakistan" kimitanınan) terrorçuları olub.

Bildirilib ki, qarşıdurma zamanı 6 terrorçu öldürülüb, daha 4-üyaralanıb.

Məqalədə:
Seçilən
19
8
az.trend.az

10Mənbələr