AZ

Avropa Trampın təkliflərini bəyənmədi - Yeni PLAN

Ukrayna və Avropa ölkələri Rusiya ilə müharibəni bitiritmək üçün təkliflərini ABŞ-a çatdırıb. Onlar ABŞ Prezidenti Donald Trampın “sülh planı”nı ilə tam razı olmayıblar və öz təkliflərini irəli sürüblər.

Moder.az xəbər verir ki, “Reuters” agentliyi planın detalları açıqlayıb.

Agentliyin məlumatına görə, aprelin 23-də Londonda keçirilən görüşdə Ukrayna və Avropa rəsmiləri amerikalılara Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq ideyalarını çatdırıblar.

Ukrayna ilə Avropanın birgə sülh planının detallarını təqdim edirik:

 

Atəşkəs:

 

Tərəflər havada, quruda və dənizdə tam və qeyd-şərtsiz atəşkəs barədə öhdəlik götürməlidirlər;

 

Hər iki tərəf dərhal ABŞ və Avropa ölkələrinin iştirakı ilə atəşkəsin texniki icrasına dair danışıqlara başlayır. Bu, hərtərəfli sülh sazişinin gündəliyinin və şərtlərinin hazırlanması ilə paralel baş verir;

 

ABŞ-ın rəhbərliyi və üçüncü ölkələrin dəstəyi ilə atəşkəs rejiminin monitorinqi;

 

Rusiya bütün köçkün düşmüş ukraynalı uşaqları qeyd-şərtsiz geri qaytarmalıdır. Bütün hərbi əsirlərin mübadiləsi baş tutmalı, Rusiya bütün mülki məhbusları azad etməlidir.

 

Ukrayna üçün təhlükəsizlik zəmanətləri:

 

Ukrayna etibarlı təhlükəsizlik zəmanəti alır, o cümlədən ABŞ-dan (NATO Kollektiv Müdafiə Müqaviləsi 5-ci maddəsinə oxşar saziş). NATO-ya üzvlüklə bağlı müttəfiqlər arasında konsensus yoxdur;

 

Ukrayna müdafiə qüvvələri üçün heç bir məhdudiyyət olmamalı;

 

Zəmanətçi dövlətlər Avropa ölkələri və qeyri-Avropa ölkələrindən ibarət xüsusi qrup olacaq. Ukrayna ərazisində dost xarici qüvvələrin olmasına, silahlanmasına və əməliyyatlarına heç bir məhdudiyyət qoyulmaması;

 

Ukraynanın Aİ-yə daxil olması.

 

Ərazilərlə bağlı:

 

Tam və qeyd-şərtsiz atəşkəs əldə edildikdən sonra ərazi məsələləri müzakirə olunacaq və həll olunacaq;

 

Qoşunların təmas xətti əsasında ərazi danışıqları başlayacaq;

 

Ukrayna ABŞ-ın iştirakı ilə Zaporoje Atom Elektrik Stansiyasına, eləcə də Kaxovka SES-nə nəzarəti bərpa edir;

 

Ukrayna Dnepr boyunca maneəsiz keçid və Kinburn üzərində nəzarət əldə edir.

 

İqtisadiyyat:

 

ABŞ və Ukrayna faydalı qazıntılar haqqında sazişi həyata keçirəcək;

 

Ukrayna tam bərpa olunacaq və maliyyə kompensasiyası alacaq, o cümlədən Rusiyanın suveren aktivləri vasitəsilə. Rusiya Ukraynaya dəymiş ziyanı ödəyənə qədər dondurulacaq;

 

2014-cü ildən bəri ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar davamlı sülh əldə edildikdən sonra tədricən yumşala və sülh sazişi pozulduğu təqdirdə bərpa oluna bilər.

 

Xatırladaq ki, ötən gün “Reuters” həm də ABŞ-ın “sülh planı”nı dərc edib. Amerika və Ukrayna-Avropa sənədləri bir çox cəhətdən bir-birinə bənzəyir, lakin əhəmiyyətli fərqlər də var.

 

Xüsusilə, Vaşinqtonun ideyasına görə, Krımı hüquqi müstəvidə Rusiya kimi tanınması məsələsində.

 

ABŞ-ın planında Ukraynanın NATO-ya üzv olmaq istəyindən əl çəkməsi də nəzərdə tutulub.

Seçilən
9
43
modern.az

10Mənbələr