“Bavariya” vinger Brayan Saraqosa və müdafiəçi Saşa Boenin transferlərini uğursuz hesab edir.
Publika.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbənin məlumatına görə, alman klubu bu futbolçuları yayda satmağa hazırlaşır.
Saraqosa 2024-cü ilin qışında Münhen klubuna icarəyə verilmiş, yayda isə daimi olaraq “Bavariya”ya keçmişdi. Həmin vaxt o, “Osasuna”ya icarəyə verilib. Alman klubu üçün Saraqosa 7 matçda iştirak edib və qol vurmayıb.