AZ

Az bişmiş toyuq salmonella riski yaradır

​BAKI, 25 aprel. TELEQRAF

Mütəxəssislər, şübhəli qidaların qəbulundan sonra ilk 8-72 saat ərzində yaranan qarın ağrısı, ürəkbulanma, qusma, ishal və qızdırma kimi əlamətlərə diqqət yetirilməsi barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, salmonella az bişmiş toyuq ətinin istehlakı nəticəsində yaranan epidemiyalara səbəb ola bilən bir bakteriyadır. Həm insanlarda, həm də heyvanlarda infeksiyaya səbəb ola bilən bu bakteriya insanlara çox vaxt xəstə insanlar və ya heyvanlarla təmas nəticəsində və ya onların nəcisləri ilə çirklənmiş su və ya qida qəbulu ilə yoluxur. Qida zəhərlənməsi amili olaraq tez-tez rast gəlinən salmonella, tif və paratif kimi sistemli infeksiyalara da səbəb ola bilir.

65 yaşdan yuxarı, 5 yaşdan aşağı və ya zəifləmiş immun sistemi olan şəxslərdə sadə qida zəhərlənməsi belə ciddi nəticələrə səbəb ola bilir. Ona görə də şübhəli qida qəbul etdikdən sonra ilk 8-72 saat ərzində qarın ağrısı, ürəkbulanma, qusma, ishal və bəzən qızdırma kimi əlamətlər göstərən bir şəxs bu halları görməməzlikdən gəlməməli və ən yaxın səhiyyə müəssisəsinə müraciət etməlidir.

Araşdırmalar Salmonella bakteriyasının həm qırmızı , həm də ağ əti çirkləndirə biləcəyini göstərib. Bundan əlavə, Salmonella bakteriyası toyuq yumurtalarını, çiy yumurtalardan hazırlanan mayonez kimi sousları, bir çox meyvə və tərəvəzi, hətta düzgün saxlanmayan qoz-fındıqları da çirkləndirə bilir. Bu vəziyyət qida təhlükəsizliyinin əhəmiyyətini ortaya qoyur.

Salmonella infeksiyalarından qorunmaq üçün gigiyenik tədbirlərin görülməsi vacibdir. Bunun üçün yeməklərə toxunmazdan əvvəl əllər ən az 20 saniyə sabunlu su ilə yuyulmalıdır. Xəstə insanla təmasda bakteriya insana keçə bilər və bu çirklənmiş əllə əl sıxdıqda və ikinci bir adam əlini ağzına qoyanda infeksiya zənciri baş verir. Bu cür hallara daha az rast gəlsəkdə, infeksiya zəncirinin qırılmasında əl gigiyenasının əhəmiyyətini göstərir.

Xüsusilə ət və tərəvəzlər etibarlı marketlərdən, tərəvəzçilərdən və ya qəssablardan alınmalıdır . Qidalar istehlakdan əvvəl yaxşıca bişirilməlidir . Meyvə kimi çiy qidalar istehlakdan əvvəl yaxşıca yuyulmalıdır.

Seçilən
25
teleqraf.com

1Mənbələr