Amerika Birləşmiş Ştatları Ukrayna ilə bağlı mümkün sülh razılaşmasının təmin edilməsi üçün “istəkli ölkələr koalisiyasına” kəşfiyyat və logistik dəstək göstərməyə hazır olduğunu bildirib.
Bu barədə “The Telegraph” qəzetində dərc olunmuş məqalədə qeyd olunur.
“ABŞ özəl şəkildə, Leyboristlər Partiyasının lideri Sir Kir Starmerin təşəbbüsü ilə formalaşdırılan ‘istəkli koalisiya’ya təhlükəsizlik zəmanətləri təklif edib. ABŞ rəsmiləri Britaniya və Avropa hərbçilərinə kəşfiyyat və logistik dəstək göstərməyə hazır olduqlarını bildiriblər”, – deyə materialda qeyd edilir.