AZ

“Real Madrid” final oyununu boykot etməyəcək

BAKI, 26 aprel. TELEQRAF

“Real Madrid” İspaniya Kubokunun "Barselona" ilə final oyununda iştirakdan imtina etmək imkanını heç vaxt düşünməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Real Madrid"in mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl İspaniya Futbol Federasiyası "Real Madrid"in oyunöncəsi məşqi və mətbuat konfransı keçirməkdən imtina etdiyini bildirmişdi .

Madrid klubunun televiziyası isə “Real”ın matçı boykot etməyi düşündüyünü bəyan etmişdi. Eləcə də klub televiziyası Burqos Benqoeçeanın final matçının baş hakimi təyin edilməsini tənqid edən video yayımlamış, referinin Madrid komandasının rəqiblərinin xeyrinə etdiyi bir sıra səhvləri göstərib.

Qeyd edək ki, əzəli rəqiblər arasındakı “El Klassiko” aprelin 26-da Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Oyun Sevilya şəhərində keçriləcək.

Seçilən
16
teleqraf.com

1Mənbələr