ABŞ, Ukraynanın kibertəhlükəsizlik sahəsində aldığı texniki yardımı əhəmiyyətli dərəcədə azaldıb.
APA-nın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Vaşinqton onlarla mütəxəssislə bağlanmış müqavilələri ya ləğv edib, ya da dayandırıb.
Həmin mütəxəssislər Ukraynanın müxtəlif bölgələrində yüzlərlə obyektə texniki dəstək göstərirdilər.
Bundan əlavə, Ukraynaya çatdırılması nəzərdə tutulan kompüter avadanlıqları və proqram təminatlarının böyük hissəsi də yerinə yetirilməyib.
Məqalədə qeyd olunur ki, “Tramp administrasiyası tərəfindən həyata keçirilən genişmiqyaslı ləğvlər fonunda ABŞ-ın Ukraynanı kibertəhlükələrdən qorumaq üçün göstərdiyi səylər xeyli zəifləyib”.