AZ

İstanbulda zəlzələ: təyyarələrə enişə icazə verilmədi

Türkiyənin İstanbul şəhərində baş verən zəlzələdən sonra təyyarələrin Sabiha Gökçən hava limanına enişinə bir müddət icazə verilməyib.

Axar.az xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb.

Belə ki, hava limanına eniş etmək istəyən təyyarələrə “Kiçik zəlzələ oldu” xəbəri verilib. Həmin vaxt eniş edən təyyarələr uçuş-enmə zolağının yoxlanılması üçün qısa müddətə havada saxlanılıb.

Qeyd edək ki, ötən gün İstanbulda 4,3 bal gücündə zəlzələ olub.

Seçilən
32
axar.az

1Mənbələr