16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci mərhələsində ilk oyununu keçirib.
İdman.biz xəbər verir ki, B qrupunda yer alan yığmamız Estoniya ilə qarşılaşıb.
Millimiz İspaniyada keçirilən qrup oyunlarına məğlubiyyətlə start verib. Qarşılaşma voleybolçularımızın 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib (13:25, 14:25, 17:25).
Qeyd edək ki, yığmamız bu gün meydan sahibləri ilə qarşılaşacaq. Oyun saat 21:30-da start götürəcək. Komandamız son matçını aprelin 27-də Avstriyaya qarşı keçirəcək.
Yer | Komanda | O | Q | H | S | X |
---|---|---|---|---|---|---|
1 | Estoniya | 1 | 1 | 0 | 75-44 | 3 |
2 | İspaniya | 1 | 1 | 0 | 75-45 | 3 |
3 | Avstriya | 1 | 0 | 1 | 45-75 | 0 |
4 | Azərbaycan | 1 | 0 | 1 | 44-75 | 0 |
İdman.biz