Lamin Yamal İspaniya Kral Kuboku finalı öncəsi paylaşım edib. 

Offsideplus.az xəbər verir, 17 yaşlı ispan ulduzun paylaşımında keçən sözlərin "Real Madrid" klubuna atmaca olması diqqət çəkib:

"Səssizlik daha çox danışır", "Səsi kəsin", "İş hələ bitməyib".

Qeyd edək ki, gün ərzində "Kral klubu"nun hakim təyinatına görə "Barselona"ya qarşı oyundan imtina etmək ehtimalı müzakirə olunmuş, klub son olaraq bəyanat yayaraq finalda iştirakını təsdiqləmişdi.

Xatırladaq ki, "El Klasiko" aprelin 26-dan 27-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da baş tutmalıdır.